Azərbaycanlı körpə Elmira Paşalının şəxsi bloquna xoş gəlmisiniz!
Elmira doğuşdan eşitmə qabiliyyətindən məhrumdur. Eşitmə qabiliyyətinin bərpa olunması ancaq xaricdə fəaliyyət göstərən klinikalarda Koklear İmplant əməliyyatı ilə mümkündür. Bu əməliyyat üçün istifadə olunacaq eşitmə aparatının keyfiyyətindən asılı olaraq 22500 (iyirmi iki min beş yüz) avro vəsait tələb olunur. Əməliyyatı aparmağa Elmiranın valideynlərinin maddi imkanları çatmır. Bütün xeyirxah soydaşlarımızı Elmiranın müalicəsinə dəstək olmaya dəvət edirik! Bir körpənin və ailənin sevincinə səbəb olaq! Dama-dama göl olar. Az-çox yardımlarımız El gücünü sel gücünə çevirərək bir soydaşımızı sevindirə bilər. Və bu sevinc hər zaman ömür yolunuza işıq saçsın!